Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
887

Bakıda türkmən xalçaları və zərgərlik məmulatlarından ibarət sərgi açılıb

Fevralın 15-də Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi açılıb.

Sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə təşkil olunub.

Sərginin açılışından öncə Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib ki, sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Bildirilir ki, sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim edilir. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.

Vurğulanıb ki, sərgi çərçivəsində Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş olunacaq. Sərgiyə gələnlər Türkmənistanın yüksək keyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış nümunələr, milli keteni, gülməxmər və ştapel parça növləri ilə tanış ola biləcəklər. Burada nümayiş olunacaq bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıq və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin inkişafından söz açıb. Türkmən xalçalarının özünəməxsusluğundan bəhs edən nazir müavini, sərginin kiçik bir hissəsində türkmən sənətkarlığına məxsus olan milli zərgərlik məmulatlarına da yer ayrılıb. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və səlis ornament xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. Qədim zamanlardan bəri insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən daş hesab edilən əqiq qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir.

Türkmənistan Milli Xalça Muzeyinin direktoru Maya Aşirova ölkəmizdə məmnunluğunu ifadə edərək türkmən xalçalarının və milli zərgərlik məmulatlarının Bakıda sərgilənməsini ölkələr arasında qarışlıqlı mədəni əlaqələrin inkişafının göstərici olduğunu deyib.

Qeyd edilib ki, bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir. İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı “Ak oy” adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

XƏBƏRLƏR

22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
18.05.2019 18:23
18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur