Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4961

Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək

Sentyabrın 11-16-da Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.

Səfirlikdən bildirilib ki, festival Bakı şəhərinin iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında ikitərəfli mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.

Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcək. Rəqslərlə yanaşı, “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan ozünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir.

İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda gənclər arasında kifayət qədər məşhurdur. Azərbaycanda təxminən 30 pençak-silat məktəbi və 5 min şagird qeydə alınıb. Bu tədbirdə, iştirakçılar İndoneziya mədəniyyətinin necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqlar.

Festivalın ikinci və üçüncü günləri isə Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək. Tədbirlər zamanı iştirakçılar, həmçinin İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanış olacaq və buradakı sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları və digər məhsulları yer alacaq.

Festivala 200-dək indoneziyalı qatılacaq. Bunların sırasında iş adamları ilə yanaşı, ölkənin tanınmış elm və mədəniyyət xadimləri və rəsmi şəxsləri də yer alacaq.

 

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib