Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1399

Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu məzunlarının diplom tamaşası göstərilib

Aprelin 10-da “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında sovet dramaturqu, ssenarist və şair, RSFSR Dövlət mükafatı və RF Prezidenti mükafatının laureatı Aleksandr Volodinin pyesi əsasında səhnələşdirilmiş “Beş axşam” tamaşası göstərilib.

Tamaşanın rejissoru tanınmış Rusiya rejissoru, kinorejissor, ssenarist, aktyor emalatxanasının rəhbəri, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiyanın Xalq artisti və Əməkdar incəsənət xadimi Vladimir Fokindir.

Qeyd edək ki, aprelin 8-dən 12-dək Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində bir sıra tədbirlər keçirilir.

Aleksandr Volodinin anadan olmasının 100 illik yubileyi ilində Vladimir Fokinin S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutundakı buraxılış kursu bakılı tamaşaçılara psixoloji teatr janrına rəğbətlə səhnələşdirilmiş “Beş axşam” tamaşasını təqdim edib.

V.Fokinin də Bakıda olduqları bir neçə gün ərzində onlar üçün doğmalaşan bakılı tamaşaçıları və azərbaycanlı həmkarlarını salamlayaraq qeyd etdiyi kimi, “Beş axşam” tamaşası onun rəhbərliyi altında institutun məzunlarının 6 diplom işlərindən biridir. O vurğulayıb: “Bakıda bizim çox geniş proqramımız var və bu gün həmin çərçivədə Aleksandr Volodinin pyesi əsasında hazırlanmış tamaşa göstəriləcək. Bu il martın 10-da biz onun 100 illik yubileyini qeyd etdik və bir ay sonra tamaşa Bakıda nümayiş etdirilir”.

O, həmçinin qeyd edib ki, institutun tələbələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki həmyaşıdları ilə ümumi dil tapıblar və bu, onun sözlərinə görə, göstərir ki, Azərbaycanla Rusiya arasında mədəni əlaqələr gələcəkdə də genişlənəcək və inkişaf edəcək.

V.Fokin çıxışının sonunda xatırladıb ki, tamaşada hadisələr pyesin qələmə alındığı 1958-ci ildə baş verir.

Ustad V.Fokinin rəhbərlik etdiyi gələcəyin kino ulduzları səhnədə sovet müzikli janrını canlandırmağa çalışıblar. Tamaşadakı dramatik səhnələr solo vokal nömrələri ilə vəhdət təşkil edib, mahnılar və şeirlərlə müşayiət olunub.

V.Fokin tamaşa haqqında deyib: “Mənim niyyətim Aleksandr Volodinin pyesini “təkmilləşdirmək” – onun mənaca dərinliklərinə varmaq və gənc aktyorlara öz personajlarını müqəvva kimi deyil, canlı, istiqanlı insanlar kimi görmək, onların ağrı-acısını hiss etmək, hər kiçik hallarına sevinmək və sevmək qabiliyyətini təcəssüm etdirmək imkanı yaratmaq olub.

Tamaşaçılar aktyorların ifasını hərarətlə qarşılayıblar.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel