Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2864

Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçiriləcək

27 dekabr 2017-ci il tarixində görkəmli Azərbaycan pianoçusu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Moskvada təntənəli yubiley gecələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında professor Fərhad Şəmsi oğlu Bədəlbəylinin layiqli yeri vardır. F.Bədəlbəyli müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilmişdir. Onun böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunmuşdur. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Fərhad Bədəlbəyli eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirmişdir.

Gözəl pianoçu milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində – Almaniya, Fransa, İspaniya, Avstriya,Rusiya, ABŞ, Türkiyə, Hindistan, Çin, İsveçrə, Norveç, Misir, Yunanıstan, Suriya, Portuqaliya, İsrail, Kanada, Gürcüstan, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.

24 noyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Gecədə  Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli,  Murad Adıgözəl-zadə) çıxış edəcəkdir.

Konsertin proqramı:

F.Əmirov, E.Nəzirova – Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert

C.Qerşvin – Fortepiano və orkestr üçün konsert

Cari ilin 13 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.İ.Çaykovski adına Konsert Zalında  yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Fərhad Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, Xalq artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Konsertin proqramı:

F.Əmirov, E.Nəzirova – Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert

F.Əmirov – “Sevil” operasından “Balaşın ariyası”

C.Verdi – “Taleyin gücü” operasından Leonoranın ariyası (solist: Kiara İzotton)

F.Bədəlbəyli – “Ave Maria”

C.Qerşvin – Fortepiano və orkestr üçün konsert

S.Raxmaninov – iki fortepiano və simfonik orkestr üçün 2 saylı Suita (Moskvada ilk ifa)

(A.Varenberqin işləməsi)

 

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb