15.12.2017 03:11
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bakıxanovlar şöhrət zirvəsində” kitabının nəşri başa çatdırılıb.
Kitab maarifçi, alim və şair Abbasqulu Ağa Bakıxanov, Xalq artisti, tarzən Əhməd Bakıxanov və Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun həyat və yaradıcılığına həsr olunub.
Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və müvafiq sayda aidiyyəti qurumlara paylanılacaq.