Balakən rayon Tarix diyarşünaslıq muzeyində "Vətən fədailəri" adlı tədbir keçirilmişdir
2716
17.01.2018
17.01.2018 05:18
Balakən rayon Tarix diyarşünaslıq muzeyində 17 yanvar 2018-ci il tarixində "Vətən fədailəri" mövzusunda 20 Yanvar hadisəsinin 28 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Muzeyin direktoru Xəlifə Mirəliyev tədbir iştirakçılarına 20 yanvar hadisələri haqqında qısa məlumat verdi. Sonra muzeyin elmi işçisi E.Çompuzov "Vətən fədailəri" adlı məruzə ilə çıxış etdi. Tədbirdə iştirak edən şəhid valideynləri dövlət tərəfindən şəhidlərə göstərilən diqqət və qayğıdan danışdılar.