18.10.2018 07:33
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin muğam triosu Balakən şəhərində keçirilən Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirak etmişdir.
18 oktyabr 2018-ci il tarixində Balakən şəhərində keçirilən Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsertdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin muğam triosu – məktəbin xanəndəlik ixtisası üzrə II sinif şagirdi, muğam ifaçısı Elton Əhmədli, onu müşayiət edən Pərviz Qəniyev (müəllim), Şahin Abdullayev (tar), Babək Abdullayev (kamança) və Elşən Qaffarov (nağara) musiqi nömrələri ilə çıxış etmişdir. Elton Əhmədlinin ifasında muğam konsert iştirakçılarının rəğbətini qazanmışdır.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.