Balakəndə xoreoqrafiya ixtisası üzrə təhsil alan şagirdlər üçün ustad dərsləri təşkil olunub
1840
30.11.2019
30.11.2019 02:05
ədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 29-da Balakən şəhərində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən uşaq incəsənət məktəblərində xoreoqrafiya ixtisası üzrə təhsil alan şagirdlər üçün ustad dərsləri təşkil olunub.
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Əməkdar artist Elçin Allahverdovun iştirakı ilə keçirilən ustad dərsləri uşaq incəsənət məktəblərində xoreoqrafiya ixtisası üzrə tədrisin keyfiyyətini artırmaq, məktəblərdə və mədəniyyət müəssisələrində xoreoqrafiya sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsini yüksəltmək, istedadlı uşaq və yeniyetmələri aşkara çıxarmaq, xoreoqrafiya sənətini təbliğ etmək məqsədi daşıyıb.