Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6057

Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncam imzalamışdır.

Sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə ictimai təşkilatların, kino qurumlarının və Nazirliyin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.

Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə cari il mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə təqdim olunan film layihələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Nazirliyin müvafiq əmri ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev (üzv), “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə (üzv, səhhəti ilə bağlı seçimlərdə iştirak edə bilməmişdir), kinorejissor və kinoşünas Ayaz Salayev (üzv), Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov (üzv), kinorejissor Rüfət Həsənov (üzv), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev (üzv) və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadədən (məsul katib) ibarət Münsiflər heyəti yaradılmışdır.                                               

Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmi ssenarisindən Münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçmişdir:

 

Tammetrajlı bədii

  • “Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar
  • “Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova
  •  “Nərgiz” – Cavid Zaidov
  • “Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman
  • “Mampası qutusu” – Pərviz Həsənov
  • “Üçüncü bənd” – Ramiz Fətəliyev
  • “Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev
  • “Biçimçi” – Rəmziyyə Cilqamlı
  •  “Kariatidalar” – Tahir Əlizadə

 

      Qısametrajlı bədii

  • “Dulusçu” – Amil Məmiyev
  • “Əli həccə gedir” – Cavid Zeynallı
  • “Bazar günü” – Ülviyyə Heydərova
  • “Gecənin səsi” – Reyhan İsayeva
  • “Ailəvi şəkil” – Nurlan Həsənli

 

           Sənədli

      - “Ləzgilər” – Qorxmaz Şixəliyev

      - “Qapı” – Etibar Məmmədov

 

           Animasiya

        - “Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli

        - “Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı

 

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulmuşdur.

 Eyni zamanda, Mədəniyyət Nazirliyi ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirir ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla Nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünə məxsus ssenarilərin istehsalını həyata keçirə bilər.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb