Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2288

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqələri daha da genişləndirir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Xaldan kənd uşaq musiqi məktəbi şagirdlərdən ibarət konsert proqramı ilə Tərtər rayon uşaq musiqi məktəbində əməkdaşlıq görüşündə olub. Öncə söz Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədova verilib. O çıxışında qeyd edib ki, qarşılıqlı əməkdaşlıq konserti artıq 2017-ci ilin yanvar ayından musiqi məktəblərinin tədris planına salınıb və bu gün Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbi də bu plana əsasən Tərtər rayon uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış edir. O həmçinin onu da nəzərə çatdırıb ki, : - “Məqsədimiz bir-birimizlə qarşılıqlı əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini planlı şəkildə inkişaf etdirməkdir”. Çıxışının sonunda Rafiq Məmmədov müəllim və şagirdlərə konsert proqramında uğurlar diləyib.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov də çıxış edərək öz növbəsində Xaldan kənd uşaq musiqi məktəbinin müəllim və şagird heyətinə öz dərin minnətdarlığını bildirib. O, həmçinin, bu cür qarşılıqlı əlaqələrin çox böyük faydalarının olduğunundan da bəhs edib.

Daha sonra şagirdlərin ifasında konsert proqramına start verilib. Uşaq xor kollektivi və vokal qrupu bir-birindən gözəl ifalarla konsertə böyük maraq qatıblar, həmçinin xanəndəlik sinfinin  şagirdi Mənzurə Əsədovanın ifası da maraq və alqışlarla qarşılanıb. Bundan başqa konsert proqramında fortepiano və tar sinfinin şagirdləri, məktəbin həvəskar rəqs qrupunun şagirdləri də çıxış edərək məharətlərin nümayiş etdiriblər.

Sonda yekun olaraq söz Yevlax Rayon Xaldan kənd uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədova verilib. O, da öz növbəsində bu konsertin təşkili üçün, yüksək əhval ruhiyyə ilə qarşıladıqlarına görə tərtərli həmkarlarına təşəkkürünü bildirib. Bu əməkdaşlığın davamlı və daimi olmasını arzulayıb. Daha sonra tədbir iştirakçılarına da dəyərli vaxtlarını sərf edib konsert proqramına təşrif buyurduqları üçün öz minnətdarlığını yetirib. Rəfail Məmmədov son olaraq artıq yaxınlaşan “26 iyun silahlı Qüvvələr Günü”ndən bəhs edib və iştirakçıları xor kollektivinin ifasında vətənpərvərlik mövzusunda yazılmış “İrəli” mahnısını dinləməyə dəvət edib. Bununla da konsert proqramına yekun vurulub.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib