Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1638

Bərdədə Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə tədbir keçirilib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə tədbir təşkil edib.

Regionda turizm potensialının yüksəldilməsi, bölgələrə turist axınının sürətləndirilməsi məqsədi ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklərdə maarifləndirici tədbirlər təşkil edib. Keçirilən maarifləndirici tədbirlərin sonu olaraq Bərdə şəhərində regional idarənin tabeliyində olan nümayəndəliklərin (Bərdə, Tərtər rayonları, Yevlax və Mingəçevir şəhərləri) də iştirakı ilə geniş miqyaslı tədbir proqramı təşkil olunub. Bərdə rayonuna məxsus tarixi abidələrin tanışlığı ilə başlanan tədbir daha sonra 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə təşkil olunmuş sərgi və konsert proqramının izlənilməsi ilə davam edib.

Öncə 1322-ci ildə inşa edilən Bərdə türbəsində olan şəhərin qonaqları və yerli turistlər türbənin zəngin tarixi barədə geniş məlumatlandırılıb. Türbəyə dövlət tərəfindən yüksək qiymət verildiyi də qonaqların nəzərinə çatdırılıb. Tanışlıq Bərdə şəhərində yerləşən VIII-IX əsrlərə aid İmamzadə məscid kompleksinə ziyarətlə davam edib. Burada məlumat üçün bildirilib ki, bu abidə Bərdə şəhərində yerləşən qədimliyinə görə seçilən tarixi abidələrdən biridir və həmçinin də abidə dini turizm üçün mövcud əlverişli şəraitə malikdir. Bundan başqa Şirvanlı kəndində yerləşən və XVIII-XIX əsrlərə aid Şirvanlı hamamına da böyük maraqla səfər edilib. Səfər qonaqlarda və turistlərdə xoş təsurat  yaradıb. Daha sonra qonaqlar və turistlər Bərdə şəhərində, Tərtər çayı sahilində yerləşən Heydər Əliyev adına park bulvarında təşkil edilmiş bayram tədbirinə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıblar.

15 iyun Milli  Qurtuluş günü  və  yay turizm mövsümünə keçid  ilə əlaqədar təşkil edilən tədbirdə rayon sakinlərinə, həmçinin, şəhərin qonaqlarına, o cümlədən bura səfər edən turistlərin  səmərəli istirahəti üçün böyük konsert proqramı təşkil edilib.  Tarix Diyarşünaslıq  muzeyinin sərgilədiyi qədim eksponatlar, Bərdə Turizm informasiya mərkəzinin regionun turizm potensiyalını əks etdirən məlumatlandırıcı kitabları, suvenirlər , hədiyyələr,  1 və 4 nömrəli şəhər uşaq incəsənət məktəblərinin rəsm sinifinin  şagirdərinin isə açıq havada çəkdikləri rəsmlər daha da maraq doğurub. Bununla yanaşı Regional İdarə və Turizm İnformasiya mərkəzi tərəfindən qonaqları və turistləri maraqlandıran məsələlər barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, haqqında söz açdığımız region tarixi abidələr baxımdan turizm sektoru üçün kifayət qədər əhəmiyyətlidir.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı