Beyləqan rayon Mədəniyyət Mərkəzində Dərbənd Dövlət Dram Teatrı Tuncar Cücənoğlunun 'Rəngsaz” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə çıxış edib.
Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin işçiləri, həmçinin rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak etdilər.
Ailə - məişət mövzusunda, komik sujet üzrə hazırlanmış tamaşa və aktyorların peşəkarlığı tamaşaçıların böyük rəğbətinə səbəb olub və alqışlarla qarşılanıb.
Tədbirdən sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov teatr və onun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, bu gün Dərbənd şəhərində fəaliyyət göstərən bu teatr Azərbaycan mədəniyyətinin təbliğində əvəzsiz xidmət göstərir. Teatr mütəmadi olaraq, təkcə Dağıstan Respublikasında deyil, Rusiyanı müxtəlif şəhərlərində Azərbaycan yazıçılarının əsərlərini nümayiş etdirirlər.
Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə Teatrın baş rejissoru Sərvər Əliyev Azərbaycan Respublikasının Əməkdar artisti, Sevda Bəybalayeva isə Dağıstan Respublikasının Əməkdar artisti adına layiq görülmüşdür.