Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3212

Beynəlxalq simpozium çərçivəsində xalçaçılıq sənətinə həsr olunan sərgilər açılıb

Oktyabrın 18-də Xalça Muzeyində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində “Müasir incəsənət xalçalarda” və “Uçan xalça” adlı sərgilərin açılış mərasimi keçirilib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərgilərin əhəmiyyətindən danışıb. Bildirib ki, "Uçan xalça" sərgisi Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi, Dövlət Rəssamlıq Akademiyası və Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib. Sərginin sponsorları Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Vurğulanıb ki, "Uçan xalça" sərgisi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi Azərbaycan və Avstriyanın müasir incəsənət sahəsində əlaqələrini yaratmaq, xalqların mədəniyyətlərarası dialoq və təcrübə mübadiləsini möhkəmləndirməkdir. Avstriya tərəfindən layihənin art-məsləhətçisi rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır.

Muzeyin direktoru qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Avstriyanın paytaxtına, Vyana Tətbiqi Sənət Universitetinin tələbələri Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl isə Bakıya dəvət olunub. Xalçaçı-rəssamlar qarşılıqlı olaraq ölkələrimizin mədəniyyəti ilə tanış olmaqla V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun “Ənənələr və innovasiyalar” devizinə uyğun olaraq sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub. Bildirilib ki, sərgi çərçivəsində maraqlananlar üçün tekstil dekoru üzrə ustad dərslər də təşkil ediləcək.

Şirin Məlikova "Müasir incəsənət xalçalarda" sərgisi barədə də danışaraq qeyd edib ki, bu sərgidə dörd gənc rəssamın beş əsəri təqdim olunur. Sərgi vasitəsilə hər bir rəssam xalça sənəti, onun ənənələri və müasir dövrdə yaşadılması ilə bağlı öz baxışlarını ictimaiyyətə təqdim edir.

Tədbirdə çıxış edən Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan xalçalarının incəsənətimizin inkişafına göstərdiyi böyük təsirdən danışıb. Bildirib ki, çağımızda xalça sənətinin inkişafında bir sıra rəssamlar da böyük rol oynayıb.

Sonra qonaqlar “Müasir incəsənət xalçalarda” və “Uçan xalça” sərgiləri ilə tanış oldular.

Qeyd edək ki, “Crossing” layihəsi Azərbaycan və Avstriya müasir rəssamları arasında əlaqələrin yaradılmasında mühüm addımdır. Bu, tətbiqi sənətin çox istiqamətli sahələrindən birində ənənələri və innovativ yaradıcılıq meyllərinin kəsişməsini özündə birləşdirən iki mədəniyyət arasında körpüdür.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!