Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2017

Biləsuvarda Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd olunub

Biləsuvarda Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, ustad sənətkar Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Hacıbaba Hüseynovun Azərbaycanın muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açıb.

Əməkdar artist Azad Şükürov Xalq artisti Hacıbaba Hüseynovun həyat və yaradıcılığı barədə geniş məlumat verib, usta sənətkarla bağlı xatirələrini bölüşüb.

Qeyd olunub ki, Hacıbaba Hüseynov rast muğamının "Üşşaq", "Hüseyni" və “Novruz-rəvəndə” şöbələrinin, digər muğamlarda "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Ustad sənətkarın təşəbbüsü ilə “Bayatı-şiraz” muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə edilib.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Ehtiram Hüseynov, Biləsuvar, Salyan və Neftçala Uşaq İncəsənət məktəblərinin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış edib, xanəndələr sənətkarın oxuduğu qəzəlləri və muğamları səsləndiriblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi