Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2889

“Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçirildi

Noyabrın 27-də Muzey Mərkəzinin sərgi qalereyasında “Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, İstiqlal Muzeyi və Muzey Mərkəzinin təşkilati dəstəyi ilə reallaşdı.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək sərgi-konfrans haqqında məlumat verdi. Bildirdi ki, erməni işğalı nəticəsində xeyli sayda muzey eksponatlarımız düşmən tərəfindən talan edilib, dağıdılıb. Həmin eksponatların kiçik bir qismini düşməndən xilas etmək mümkün olub. Bu nümunələrin bugünkü sərgidə nümayiş etdirilməsinin məqsədi ölkəmizin məruz qaldığı işğala biganə yanaşan beynəlxalq təşkilatlara cansız əşyaların dili ilə yaşadığımız reallığı çatdırmaqdır.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ermənistanın işğalı nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyan haqqında danışdı. Qeyd etdi ki, belə bir sərgi ilk dəfə nümayiş olunur. İşğala məruz qalmış şəhər və rayonlarımızın muzeylərinin bir çoxu çətin şəraitə rəğmən Bakıda və ölkəmizin müxtəlif rayonlarında öz fəaliyyətlərini davam etdirirlər. Bildirildi ki, Ermənistanın işğalı nəticəsində ölkəmizin 20 faiz torpaqları işğal olunub, 1 milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından didərgin düşüb. İşğal olunmuş rayon və şəhərlərimizdə 11 dünya əhəmiyyətli, 223 ölkə əhəmiyyətli, 453 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 100 mindən çox eksponatın saxlanıldığı 22 muzey, 927 kitabxana, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi və digər mədəniyyət obyektləri vardı. Bütün bu mədəni sərvətlər dağıdılaraq talan edilib.

Nazir müavini vurğuladı ki, erməni təcavüzünün acı nəticələri ilə təkcə vətəndaşlarımız deyil, tarix mədəniyyət abidələrimiz də üzləşib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün və Natəvanın büstləri də vandalizmə məruz qalıb. İndi həmin büstlər – “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyində saxlanılır.

Rafiq Bayramov qeyd etdi ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqı haqq və ədalətin zəfər çalacağına inanır. Biz inanırıq ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq, qaçqınlarımız öz doğma yurd yerlərinə qayıdacaq.

Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və başqaları tədbirin əhəmiyyətindən danışdılar. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, bu təcavüzə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi vurğulandı.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. “Bizi yurdumuza qaytarın” adlı sərgidə Kəlbəcər, Xocalı, Ağdam, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa tarix-diyarşünaslıq muzeylərinin fondlarına məxsus eksponatlar nümayiş olunur.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb