Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1544

Nazir Əbülfəs Qarayev BMÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirmişdir

Nazir Əbülfəs Qarayevin BMÜTT-nin 22-ci Baş Assambleyası çərçvisəsində bir sıra rəsmilərlə görüşləri baş tutmuşdur. Nazir İran İslam Respublikasının vitse-prezidenti, Mədəni irs, Əl işləri və Turizm Təşkilatının rəhbəri Əli Əsgər Munesan və Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Numan Kurtulmuş ilə ikitərəfli görüşlər keçirmişdir.

İran rəsmisi ilə görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində həm ikitərəfli qaydada, həm də YUNESKO və digər beynəlxalq təşkilatar çərçivəsində birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparıldı. Nazir Ə.Qarayev İran rəsmisini ölkəmizə səfərə dəvət etdi.

Daha sonra Türkiyəli həmkarı görüşdə mədəniyyət və turizm sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı. Hər iki nazir iki ölkənin dövlət başçılarının müdrik siyasəti nəticəsində formalaşan möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığa töhfə verdiyini təsdiqləyərək bir sıra vacib layihələrin qısa müddətdə həyata keçirilməsini qərara aldılar. Belə ki, görüşdə yaxın aylarda Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm Nazirliklərinin nümayəndələrindən ibarət Turizm üzrə işçi qrupunun görüşünün keçirilməsi, YUNESKO çərçivəsində xalqlarımızın ortaq mədəniyyətini əks etdirən nümunələrin birgə təqdim edilməsi, xüsusilə TÜRKSOY ilə bu sahədə münasibətlərin dərinləşdirilməsinin vacibliyi qeyd edildi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb