Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1587

Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Dövlət başçısının diqqət və qayğı sayəsində teatrlarda yenidənqurma işləri həyata keçirilir, sənət ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir.

Əslində bu sahənin inkişafı istiqamətində işlərə daha öncə - 2006-cı ildə başlanılmışdı. Belə ki, həmin il Azərbaycanda ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olundu. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalandı.

2009-cu ildə təsdiq olunan Dövlət proqramı ilə Azərbaycan teatrlarının inkişafında yeni mərhələnin əsası qoyulub. 10 illik proqramın icrası sayəsində paytaxtda və bölgələrdə teatr binaları müasir standartlara uyğun şəkildə yenidən qurulub, ünvanı olmayan teatrlara hüquqi ünvan verilib.

Bu gün teatrların maddi texniki bazası ilə yanaşı, yaradıcılıq sahəsinə də xüsusi diqqət ayrılır. Rejissorların teatrın inkişafında müstəsna xidmətləri nəzərə alınaraq davamlı olaraq kadr dəyişikliyi aparılır. Bu da təbii ki, teatrlarda repertuar zənginliyinə, fərqli teatr düşüncələrinin tamaşaçıya çatdırılmasına vəsilə olur.  Bütün bunlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılmışdır. Əmrə əsasən,  Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilmişdir.

Yeni təyinatlar yerlərdə teatr sənətinin inkişafına öz töhfəsini verəcək və yaradıcılıq baxımından daha da uğurlu layihələrin meydana çıxmasına şərait yaradacaq.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib