Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
465

Braziliyada Azərbaycan xalçalarına həsr olunmuş fotosərgi açılıb

Ölkəmizin Braziliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi və San-Paulo meriyasının dəstəyi ilə bu şəhərdəki Penya Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının fotosərgisinin açılış mərasimi keçirilib.

Braziliyadakı səfirliyimizdən bildiriblər ki, yanvarın 26-dan fevralın 28-dək davam edəcək sərgidə Azərbaycan xalçaçılıq sənətinə, xalçaçılıq məktəbimizə məxsus müxtəlif incəsənət nümunələrinə aid fotolar təqdim olunacaq.

Sərginin açılış mərasimində San-Paulo şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli universitetlərin incəsənət mütəxəssisləri, şəhər meriyasının işçiləri və sakinlər iştirak ediblər.

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, San-Paulo şəhər meriyasının beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Kamila Assis və Penha Mədəniyyət Mərkəzinin direktoru Valkiria Qama Nasimento açılış mərasimində çıxış ediblər.

Sərgidə 20 Yanvar hadisələrinə və Xocalı soyqırımına həsr edilmiş jurnal, buklet, kitab və digər çap materialları iştirakçılara təqdim olunub.

Səfir Elxan Poluxov çıxışında 20 Yanvar və Xocalı faciələri barədə iştirakçılara məlumat verib.

XƏBƏRLƏR

19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb
15.09.2020 10:49
Dövlət Rəsm Qalereyası tərəfindən növbəti onlayn sərgi - “Öncə Vətəndir”
15.09.2020 09:08
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
14.09.2020 18:15
Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək
14.09.2020 12:36
Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib
14.09.2020 10:48
Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsi davam edir
14.09.2020 10:27
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür