Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1916

Britaniyanın “İndependent” nəşrində “Bakı incəsənət marşrutuna necə çevrilir?” adlı məqalə dərc olunub

Böyük Britaniyanın nüfuzlu “İndependent” nəşrində “Bakı incəsənət marşrutuna necə çevrilir?” başlıqlı yazı dərc edilib. Müəllif Stephanie d'Arc Taylor məqalədə bu yaxınlarda (6-11 noyabr) Bakıda YARAT Müasir İncəsənət Məkanının layihəsi üzrə ikinci dəfə keçirilən M.A.P. (musiqi, incəsənət, performans) Beynəlxalq teatr festivalından bəhs edir.

“MAP Festivalı bu şəhəri dünya incəsənət xəritəsində öz yerini tapmağa kömək edir”, - deyə Stephanie d'Arc Taylor vurğulayır. Festivalın səhnə əsərlərindən biri – A.Çexovun “Vanya dayı” pyesi əsasında Kioto (Yaponiya) “Chiten” teatrının hazırladığı və yapon dilində (ingilis və Azərbaycan dilində titrlərlə) təqdim olunan tamaşa haqqında təəssüratını bölüşən məqalə müəllifi rus yazıçısının bu sözlərini diqqətə çatdırır: “İnsana ağıl və yaratmaq gücü bəxş edilmişdir ki, ona verilənləri artıra bilsin”.

“İndependent”in müəllifi vurğulayır ki, zəngin neft yataqları, xalçaları ilə tanınan Azərbaycan sərvətlərindən istifadə edərək dəyişməyə çalışır və paytaxt Bakı şəhərini incəsənət və memarlıq üzrə beynəlxalq mərkəzə çevirir. Qeyd olunur ki, mədəniyyətə dəstək sayəsində Sovet İttifaqının dağılmasından sonra böhran dövrü keçirmiş incəsənət canlanıb və bu, ölkəyə turistlərin cəlb edilməsinə də zəmin yaradıb: “Beynəlxalq səviyyəli media nümayəndələrinin iştirakı ilə geniş reklam olunan festivallar və müasir memarlıq nümunələri bu təkana nümunədir. Bunlar hökumət və korporativ sponsorlar tərəfindən maliyyələşdirilir və onlar xalq yaradıcılığının bu cür beynəlxalq səviyyəli layihələrlə yaradılan şəraitdə inkişaf edəcəyini düşünürlər”.

Məqalə müəllifi M.A.P. Festivalının 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan YARAT Müasir İncəsənət Məkanının yeni layihələrindən biri olduğunu qeyd edərək bildirir ki, 2017-ci ildə ilk təşkil olunan festival bu dəfə əhatə dairəsini genişləndirib. Builki festivalda doqquz ölkədən 16 tamaşa göstərilib. Vurğulanır ki, bu festivalda təqdim olunan tamaşalar Bakıda sənətsevərlərin görüb-alışdığı tamaşalardan fərqli səhnə əsərləridir.

Məqalə müəllifi daha sonra layihənin kuratoru, YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki ilə söhbətini diqqətə çatdırır. O, vurğulayır ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra ilk illərdə çətin bir dövr yaşayıb. Bu gün dövlətin dəstəyi sayəsində incəsənət inkişaf edir. Azərbaycan hökuməti mədəni təşəbbüsləri, müxtəlif festivalları dəstəkləyir. Bakının yeni memarlıq simalarına çevrilən Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi tikililər şəhəri gözəlləşdirir.

S.Qarayeva Maleki qeyd edir ki, “YARAT” təşkilatının fəaliyyətinin bir hissəsi şəxsi emalatxanalarda, “ev şəraiti”ndə yaranan incəsənətin “alovunu gücləndirmək” və gənc azərbaycanlı rəssamların özlərinin tanıdılmasına kömək etməkdir. “YARAT”ın ARTIM Layihə Məkanı bu gənc nəslə uyğun gəlir.

Məqalə müəllifi qeyd edir ki, YARAT-ın təşəbbüsləri, “imkanlar və nisbətlər” məkanı olması Kolumbiyada doğulmuş, hazırda Norveçdə yaşayan Pedro Gomez-Egananı öz işlərini Azərbaycana gətirməsi üçün həvəsləndirib. O, həmçinin YARAT-ın bədii rəhbəri Suad Qarayeva-Malekinin vizyonundan ilhamlanıb. Rəssam deyir ki, Suad Qarayeva-Maleki ilə görüşdən əvvəl Bakı mənim planımda yox idi. "İncəsənət hər zaman şəhərin brendləşməsi üçün bir üsul ola bilər. Ancaq bu cür imkanların nəyə qadir olduğuna da dəyər verməliyik. Auditoriya toplayan və təcrübələr yaradan gözəl işlər nümayiş etdirə bilən maraqlı insanlar və ideyalar var", - deyə kolumbiyalı rəssam bildirir.

“İndependent”in müəllifi məqalənin sonunda Azərbaycan paytaxtında “mütləq ziyarət edilməli olan” mədəniyyət və incəsənət məkanlarını da oxucuların diqqətinə çatdırır. Bu sırada Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, YARAT Müasir İncəsənət Məkanı, YARAT Rəngkarlıq Muzeyi və digər məkanlar qeyd edilir.

 

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.independent.co.uk/travel/middle-east/baku-azerbaijan-arts-culture-yarat-map-festival-caucasus-a8644951.html

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib