08.01.2019 09:18
Bu ay “Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq.
Hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Filarmoniyanın nəzdində olan kamera və orqan musiqi zalında gerçəkləşəcək.
Yanvarın 23-də təqdim ediləcək birinci konsert “Qış kaleydoskopu” adı altında təşkil olunacaq.
Yanvarın 25-də təqdim olunacaq ikinci konserti Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən çox konsert proqramı təqdim olunub.