Bu gün “Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçiriləcək.
Ustad dərsinin budəfəki qonağı rəssam İlham Məhərrəmoğlu olacaq.
Akvarelsevərlər ustad dərsini saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, instagram-@xetaisenetmerkezi) üzərindən canlı yayımla, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.
Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.