Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
565

Bu gün Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür

O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.

Martın 22-si Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 105-ci ildönümü tamam olur.

L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.

XƏBƏRLƏR

17.10.2019 13:55
Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i
17.10.2019 12:33
M.A.P. festivalında “Universal hadisə”
17.10.2019 12:27
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənəli şəkildə qeyd edilib
17.10.2019 11:45
Macarıstanda keçirilən tədbirdə Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti iştirak edib
17.10.2019 10:20
Respublika Uşaq Kitabxanasında “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi
17.10.2019 09:03
Tanınmış yazıçı-dramaturq və kinorejissor Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
16.10.2019 17:47
Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
16.10.2019 15:49
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib
16.10.2019 15:34
Abdulla Şaiqin xatirəsi anılıb
16.10.2019 14:20
Lənkəranda Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi
16.10.2019 09:59
Qazaxıstanın Mədəniyyət və Təhsil nazirləri ADMİU-da olub
16.10.2019 09:37
Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar
16.10.2019 09:24
Bakıda Dağıstan poeziyasının görkəmli nümayəndəsi Stalskinin 150 illiyi qeyd olunub
16.10.2019 09:14
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15.10.2019 18:48
Teatrımızın canlı ensiklopediyası İlham Rəhimlinin 70 illiyi qeyd olunub
15.10.2019 14:24
Beyləqanda Dərbənd Dram Teatrının tamaşası təqdim olunub
15.10.2019 09:07
Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir
14.10.2019 16:21
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni beynəlxalq metodiki vəsait hazırlayıb
14.10.2019 11:50
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
14.10.2019 11:39
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir
14.10.2019 09:17
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019 12:07
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
12.10.2019 12:05
Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir
11.10.2019 20:44
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib