Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2037

Bakıda “Bülbül. Biblioqrafiya” kitabının və “Bülbül” elektron məlumat bazasının təqdimat olub

Dekabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada SSRİ Xalq Artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Konfrans çərçivəsində görkəmli müğənniyə həsr edilmiş “Bülbül. Biblioqrafiya” kitabının və “Bülbül” elektron məlumat bazasının təqdimatı olub.

Kitab və elektron məlumat bazası Prezident İlham Əliyevin Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən hazırlanıb.

Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi qurumun “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi kitabın Azərbaycan professional vokal məktəbinin görkəmli nümayəndəsi Bülbülə həsr olunduğunu söyləyib. Kitabda böyük müğənninin həyat və yaradıcılığı, tərtib etdiyi musiqi əsərləri, məqalələri, ictimai-siyasi fəaliyyətinə aid sənədlər toplanıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Milli Kitabxana tərəfindən çap olunan biblioqrafiyanı və “Bülbül” elektron məlumat bazasını mədəniyyət hadisəsi kimi dəyərləndirib.

Musiqi mədəniyyəti tariximizdə silinməz iz qoyan Bülbülün bənzərsiz sənət dünyasından söz açan nazir onun Azərbaycan musiqisini dünyada yüksək səviyyədə təbliğ etdiyini bildirib.

Sonra Bülbülün həyat və yaradıcılığına dair film nümayiş olunub.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Xalq Artisti Arif Babayev, professorlar Zemfira Qafarova, Gülnaz Abdullazadə, Lalə Hüseynova, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov və başqaları çıxış edərək mədəniyyətimizin, incəsənətimizin inkişafında, milli musiqi xəzinəmizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasında böyük müğənninin müstəsna xidmətlərindən danışıblar. Milli Kitabxana tərəfindən tərtib olunmuş “Bülbül. Biblioqrafiya” kitabının əhəmiyyətini qeyd edərək natiqlər informasiya ilə zəngin olan bu vəsaitin Bülbül yaradıcılığı və irisi ilə maraqlananlar üçün mühüm mənbə olduğunu söyləyiblər.

Bülbülün klassik vokal sənətinə ustalıqla yiyələnərək xalq musiqisi üçün səciyyəvi olan xüsusiyyətləri, ənənələri pozmadan yeni üslub yaratdığı diqqətə çatdırılıb. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənninin xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olaraq, Azərbaycanda ilk professional vokal ifaçılığının bünövrəsini qoyduğu söylənilib.

Natiqlər Bülbülün qüdrətinin onun sənətinin xəlqiliyində olduğunu və bu işə ürəyinin bütün hərarətini verdiyini, fitri istedadını və əməyini əsirgəmədiyini bildiriblər.

Tədbirdə kitabxananın şöbə müdiri Rübabə Səfərova “Bülbül” elektron məlumat bazasını iştirakçılara təqdim edib.

Böyük müğənninin ailəsi adından çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu Bülbül sənətinin ölkəmizdə hər zaman yüksək qiymətləndirildiyini, adını daşıyan festival və müsabiqələrin təşkil edildiyini, təkrarsız yaradıcılığının gənc nəslə təbliğ olunduğunu diqqətə çatdırıb.

Polad Bülbüloğlu ulu öndər Heydər Əliyevin və Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Bülbülün yubileyləri ərəfəsində verdikləri Sərəncamları bütövlükdə Azərbaycan vokal sənətinə verilən dəyər kimi qiymətlədirib və buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

O, xalqımızın öz qüdrətli sənətkarını – Şuşa torpağının yetirməsi olan, yüksək zirvələri fəth etsə də öz yurddaşlarını yaddan çıxarmayaraq son konsertlərini də Şuşada vermiş böyük Bülbülün adının, sənətinin yaşadığını və ruhunun bəlkə də bu gün Şuşanı dolaşdığını bildirib, Bülbül işığına yığışanlara təşəkkür edib.

Tədbirdə ölməz Bülbülün ifasında dahi Nizaminin sözlərinə bəstələnmiş “Ölkəm” və “Sevgili canan” romansları səsləndirilib.

Sonda iştirakçılar “Bülbül-Azərbaycan professional vokal sənətinin banisi” adlı sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi