Əbülfəs Qarayev BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavini ilə görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavini Vladimir Voronkovla görüşüb.
Görüşdə terrorizmə yol açan ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlər və dinlərarası dialoqun vacibliyi, “Bakı prosesi”nin əhəmiyyəti, həmçinin bu istiqamətdə Azərbaycanın müsbət təcrübəsinin də BMT-nin fəaliyyətinə töhfə verdiyi qeyd edildi. Görüş zamanı 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində terrorizmi yaradan səbəblərin aradan qaldırılması ilə bağlı birgə panelin təşkili təklif olundu. Nazir bildirdi ki, bununla bağlı digər beynəlxalq tərəfdaşlarla birgə müzakirə aparılacaq və bu mövzu forumun proqramında nəzərə alınacaq.