Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2942

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.

Tədbiri açan İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev ötən mövsümdə teatrın qazandığı yaradıcılıq uğurlarından, yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq tamaşalardan, premyeralardan, 100 il əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etməsindən danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “Aydınlar Ocağı” Humanitar İctimai Birliyinin sədri Vüqar Qədirov və Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək çıxış edərək İrəvan Teatrının kollektivini yeni mövsüm münasibətilə təbrik edib, onlara səhnə fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıblar.

İrəvan Teatrı ilə Anadolu Aydınlar Ocağının “Azərbaycan-Türkiyə mədəniyyət və sənətdə DEV qardaşlıq və candaşlıq” layihəsindən danışıb, qarşılıqlı mükafatlar, hədiyyələr təqdim edilib.

Sonra “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub.

Tamaşada ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər öz əksini tapıb. Çətin məqamlarda Nuru paşanın türk bayrağı altında qoşunu ilə Azərbaycana gəlişi, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsi səhnələri və Prezident İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!” sözlərinin səsləndirilməsi tamaşaçılara böyük ruh yüksəkliyi bəxş edib.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Nicat Mirzəzadə, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış ediblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi