Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2084

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gəncliyimizi qoruyaq, narkotikə “yox” deyək ”mövzusunda tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 mart  2018-ci il  tarixdə “Gəncliyimizi qoruyaq, narkomaniyaya “yox” deyək ” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın  elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2013-cü il  24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar müntəzəm olaraq tədbirlər keçirilir.  “Narkotik vasitələrsiz sağlam həyat” devizi altında təşkil edilən bütün tədbirlərin də əsas məqsədi gələcəyimiz olan gənc nəslin narkotik vasitələrin istifadəsindən, qanunsuz dövriyyəsindən uzaq olması və həmçinin, hamını bu mübarizəyə cəlb etməkdən ibarətdir.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışına dahi Azərbaycan şairi Nizami Gəncəvinin ibrətamiz kəlamları ilə başladı. Çıxışında bəzi gənclərin səmərəli işdən yayınıb pis vərdişlərə aludə olmasını, narkotik vasitələrə əvvəl cüzi maraq göstərib sonra  asılılığına çevrilməsini, bununla da öz məhvinə yol açmasını bildirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Rəsul Balakişiyev narkotik maddələr qəbul edən insanların hissiyyatının dağılmasından, onların  cəmiyyətdən də təcrid olunmasından, ətrafındakılar tərəfindən qəbul olunmamasından faktlarla danışdı.

Yasamal rayonu 31 saylı orta məktəbin müəlliməsi Fəziylə Cəfərova bildirdi ki, statistikaya görə dünyada 65-75 faiz insanlar narkomaniyadan əziyyət çəkirlər. Cəmiyyətə yararsız sayılan əsasən 18-35 yaş həddindəki bu insanlar  “ağ ölüm”lə mübarizədə acizdirlər. Narkomanlara düzgün həyat tərzini anlatmaq, narkotik vasitələrdən uzaqlaşdırmaq hamımızın borcumuzdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mələk Abbasova bildirdi ki, narkomaniya ilə mübarizə bu günün problemi deyildir. Uzun illərdir ki, bu problem tam şəkildə öz həllini hələ də tapa bilməyib. Əfsuslar olsun ki, bəzi insanlar pul qazanmaq üçün bu zərərli maddənin satışı ilə də məşğul olurlar.

Kitabxanaçı Fəridə Cəfərova həyatda rastlaşdığı konkret faktlar əsasında çıxış etdi. Narkotik vasitə aludəçisi olan bir gəncin həyat faciəsini danışdı. Qeyd etdi ki, narkomaniya ilə mübarizə haqqında həm ailədə, həm də məktəblərdə mütləq maarifləndirici söhbətlər aparılmalıdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümid Musayev çıxış edərək bildirdi ki, əsrin ağ ölümü olan narkomaniya ilə mübarizə hamımızın insanlıq borcumuzdur. İnsanları, xüsusilə də bu bəlaya düçar olan gəncləri narkotik vasitələrin qəbulundan uzaqlaşdırmaq bu günümüzün ən vacib məsələlərindən biridir.

Tədbir boyu “Ampula” adlı qısa metrajlı film nümayiş edildi.

Tədbirin sonunda “Narkomaniya,- ağ bəla” adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı