Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
573

Ciddədə İslam Əməkdaşlıq Təşkilatının 50 illik yubileyi qeyd olunub

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahının yerləşdiyi Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində qurumun yaradılmasının 50 illiyi münasibətilə (Qızıl Yubiley) yubiley tədbiri keçirilib.

Qızıl Yubileyin açılış mərasimində bu ölkənin dövlət və hökumət nümayəndələri, İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin, quruma üzv ölkələrin Xarici İşlər nazirləri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Mənzər Nurəliyeva, Ciddədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış ziyalılar və KİV təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Yusif bin Əhməd əl-Useymin İslam ümmətinin birliyi və rifahı naminə Təşkilat tərəfindən görülən işlərə, həmçinin müsəlman ölkələrinin terrorizm və ekstremizmə qarşı apardığı

 birgə mübarizəyə daimi dəstək göstərdiklərinə görə İƏT Sammitinin sədri, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda dərin minnətdarlığını bildirib. Qeyd edib ki, İƏT tərəfindən 50 il ərzində bütün İslam ümməti üçün görülmüş işlər gələcəkdə də davam etdiriləcək.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Əmir Feysəl Əl-Səud çıxış edərək İƏT-in yaradılmasının əsas məqsədi - İsrail-Fələstin münaqişəsinin həllinin müsəlman dünyasının ən vacib məsələlərindən olduğunu vurğulayıb, Şərqi Qüdsün paytaxt olması şərtilə müstəqil Fələstin dövlətinin qurulması istiqamətində ölkəsinin fəaliyyətini davam etdirəcəyini bir daha diqqətə çatdırıb.

Sonra İƏT-in coğrafi qrupları adından Tunis (Ərəb qrupu), Qabon (Afrika qrupu) və Türkiyə (Asiya qrupu) Xarici İşlər nazirləri çıxış ediblər.

Mərasim çərçivəsində İƏT-in məqsədlərinin həyata keçirilməsinə töhfə verdiklərinə görə bir sıra şəxslər təltif olunub.

Daha sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Azərbaycanın rəqs qrupları çıxış ediblər.

Qeyd edək ki, Ciddənin müxtəlif guşələrində üç gün davam edən Qızıl Yubiley şənlikləri çərçivəsində çıxış edən Muğam üçlüyü və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında ölkəmizin milli folklor nümunələri şəhərin sakinlərində və qonaqlarında böyük maraq doğurub.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq