Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6126

Cocuq Mərcanlı kəndinin sakinləri baharın gəlişini doğma yurdda qarşılayırlar
“Qayıdış” parkında Novruz bayramı münasibətilə el şənliyi keçirilib

Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında Novruz bayramı münasibətilə şənlik keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdı.

Mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd sakinləri, N saylı hərbi hissənin əsgərləri və digər qonaqlar iştirak edirdi.

Əvvəlcə bayram tonqalı yandırıldı. Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış oldular. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olunurdu.

Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hər kəsdə xoş ovqat yaratdı.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov tədbir iştirakçılarını salamlayaraq öz təbriklərini çatdırdı: “Əziz qonaqlar və Cocuq Mərcanlı kəndinin sakinləri! Sizi Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edirəm. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik”.

Nazir müavini bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və müasir hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 kəndi ilə bərabər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi: “2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan işğalçıları qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Ordumuz strateji əhəmiyyətli əraziləri nəzarətə götürdü. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat öz axarına döndü. Sakinlərin öz kəndində yenidən məskunlaşması doğma yurda böyük qayıdışın möhtəşəm başlanğıcı oldu. Bu qayıdış əsl qəhrəmanlıq salnaməsi, torpağa bağlılığın parlaq nümunəsidir”.

Rafiq Bayramov çıxışının sonunda bir daha qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırdı, xoş arzularını bildirdi.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə xalq artistləri Bilal Əliyev, Gülyanaq Məmmədova, əməkdar artistlər Səbuhi İbayev, Nüşabə Ələsgərli, Ehtiram Hüseynov və başqalarının ifasında xalq və bəstəkar mahnıları səsləndi. Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin, Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad İsrafilov, habelə Vüsal Zamanov, Şirvan Folklor ansamblı, Füzuli rayonu Mahmudlu-1 kənd Uşaq musiqi məktəbinin müəllimi Novruz Ağayev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin “Vətənpərvərlər" qrupu, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq musiqi məktəbinin məzunu Xəqani Şahbazov və başqalarının çıxışları da alqışlarla qarşılandı. Konsert proqramı tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarında işğaldan azad olunsa da, Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində qaldığından burada sakinlərin  təhlükəsiz yaşayışı mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirildi, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib.

Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Sakinlər məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərində, abad ev-eşiklərində yeni həyata başlayıblar. Martın 12-də “Qayıdış” parkında Novruz bayramı münasibətilə gerçəkləşən təntənəli mərasim və el şənliyi bunun bir daha nümayişi oldu.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib