Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4392

Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi

2017-ci il iyunun 18-də görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin (Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin) anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Respublikası Prezidentinin “Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2017-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə 16 iyun saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) iştirakı ilə yubiley gecəsi keçiriləcəkdir.

Cövdət Hacıyev musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətdir. Onun  yaradıcılığı Ü.Hacıbəyov və D.Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşmışdır. C.Hacıyev müxtəlif musiqi janrlarında – opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da onun yaradıcılığında aparıcı janr simfoniya – ümumilikdə, simfonik musiqidir. Məhz buna görə də Azərbaycan simfonizminin inkişafında C.Hacıyevin xidməti təqdirəlayiqdir. Onun 8 simfoniyası, “Sülh uğrunda” simfonik poeması, bir çox kamera və xor əsərləri musiqimizin Qızıl fonduna daxil edilmişdir. Cövdət Hacıyev uzun illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının rektoru və bəstəkarlıq fakültəsinin professoru kimi bütün səy və bacarığını yeni nəslin yetişdirilməsinə sərf etmişdir. Geniş simfonik təfəkkürə, yüksək erudisiyaya, nəcib insani keyfiyyətlərə malik olan Cövdət Hacıyevin musiqisi daima səslənəcək və gələcək nəsilləri ali bəşəri ideyalara ruhlandıracaq.

 

Konsertin proqramı:

3 saylı simfoniya

“Sülh uğrunda” simfonik poema

5 saylı simfoniya

“VƏTƏN” operasından Mərdanın ariyası (ifa edir: Əməkdar artist İlham Nəzərov)

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb