Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2305

“Cümhuriyyət 100 il” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Cümhuriyyət 100 il” vətənpərvərlik mövzusunda rəsm müsabiqəsinə noyabrın 20-də yekun vurulub.

Nizami Kino Mərkəzində müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı və qaliblərin təltif olunması mərasimi keçirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general–leytenant Arzu Rəhimov, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xalq rəssamı Arif Hüseynov, jurnalist və xeyriyyəçi Hacı Nuran, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, hərbi diktor Şəmistan Əlizamanlı və başqaları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəblilərin sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Sərgiyə təqdim olunan əsərlər barədə məlumat verilərək bildirilib ki, gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənir. Əsərlərin məzmun baxımından düzgün seçildiyi, məktəblilərin Vətənə, Silahlı Qüvvələrimizə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti qurucularına olan məhəbbətinin hər bir əsərdə ifadə olunduğu vurğulanıb.

Sərginin tərtibatı, nümayiş olunan rəsmlər qonaqlarda xoş təəssürat yaradıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, Xidmət tərəfindən təşkil edilmiş “Cümhuriyyət 100 il” ümumrespublika rəsm müsabiqəsinin məqsədi müstəqil dövlətçilik tariximizdə mühüm yer tutan Xalq Cümhuriyyətinin fəaliyyətinin cəmiyyətə daha geniş çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, xüsusi istedadlı məktəbliləri aşkarlanaraq ictimaiyyətə tanıtmaq, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.

A.Rəhimov qeyd edib ki, müsabiqənin keçirildiyi qısa müddət ərzində sərgiyə bir-birindən maraqlı 500-dən artıq rəsm əsərinin təqdim edilməsi, yeniyetmə və gənclərin bu mövzuya böyük maraq və məsuliyyətlə yanaşması yüksək mənəvi hazırlığın nəticəsidir. “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda ümumrespublika rəsm müsabiqəsinin bütün iştirakçılarına, bu işdə böyük əmək sərf etmiş müəllimlərə və valideynlərə minnətdarlığını bildirən A.Rəhimov vurğulayıb ki, sərgidə nümayiş olunan hər bir rəsm əsəri xalqımızın mənəvi gücünü, milli birliyini ifadə edir və vətənpərvər nəslin yetişdiyini sübut edir. Odur ki, bu müsabiqədə iştirak edən hər bir iştirakçını qalib hesab etmək olar.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov sərgidə əsərləri nümayiş etdirilən uşaq və gənclərə təbriklərini çatdıraraq bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması şanlı tarixi keçmişimizə, Cümhuriyyətə göstərilən böyük ehtiramdır. R.Bayramov müsabiqənin yeniyetmə və gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verəcəyinə əminliyini ifadə edərək sərginin məktəblilər üçün gözəl başlanğıc olduğunu bildirib.

O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə həyata keçirdiyi tədbir və sərgilərin ölkəmizdə vətənpərvərlik ruhunun yüksəldilməsi, mədəniyyətimizin inkişafı və təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, 2018-ci il sentyabrın 20-dən noyabrın 5-dək davam edən müsabiqəyə respublikamızın bütün bölgələrindən orta ümumtəhsil məktəblərinin şagirdləri qatılıblar. Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 500-dən artıq rəsm arasından 100-ü seçilərək sərgiyə buraxılıb. Seçilmiş mövzuya uyğun ən yaxşılar qalib elan edilib.

Sonra müsabiqənin qaliblərinin mükafatlandırılması olub. Münsiflər heyətinin qərarına əsasən, Nizami rayon 214 saylı tam orta məktəbin şagirdi Humay Səfərzadə birinci, Sabunçu rayon 4 saylı tam orta məktəbin şagirdi Fərid Tanrıverdiyev ikinci, Balakən rayon M.P.Vaqif adına Tülü kənd 1 saylı orta məktəbin şagirdi Alvina Bayramlı isə üçüncü yerə layiq görülüblər.

Qaliblərə diplom və mükafatlar təqdim edilib.

Müsabiqədə rəsmləri nümayiş etdirilən 10 iştirakçının - Kamilə Bayramovanın, Tuncay Rəsulovun, Fatimə Rəhimlinin, Sürəyya Qəribovanın, Fatimə Paşayevanın, Aydəmir Rəsulovun, Leyla Əhmədzadənin, Aytac Əlizadənin, Tavat Əhmədovanın, Ayişə Əsgərlinin əsərləri həvəsləndirici diplomlara layiq görülüb.

Müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisi noyabrın 21-dək davam edəcək. Sərgi ilə tanışlıq sərbəstdir.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!