24.05.2018 04:16
29 may 2018-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cümhuriyyət tələbələri” sənədli filminin təqdimatı keçiriləcək.
Dövlət sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə çəkilən sözügedən film Xalq Cümhuriyyətinin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrə həsr olunub.
Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Dilqəm Əhməd və Tahir Əliyev, operatoru
Əminə Həsənli, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.