Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1446

Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur

Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılmasında müstəsna xidmətlər göstərmiş SSRİ Xalq artisti Qara Qarayevin 100 illik yubileyi ölkəmizdə və bir sıra xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur. 

Dahi musiqiçinin yubileyi ilə bağlı Amerika Birləşmiş Ştatlarında da müxtəlif tədbirlər keçirilir, layihələr reallaşdırılır. Bu ilin yanvar ayında ABŞ-da yaşayan həmyerlimiz, musiqişünas, orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin təsis etdiyi Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) tərəfindən bəstəkarın yubiley tədbirləri ölkənin bir sıra ştatlarında qeyd edilir.

Şimali Texas Universitetinin musiqi kollecində keçirilən konsert proqramı böyük musiqiçinin yubileyinə maraqlı sənət töhfəsi olub. Universitetin tanınmış pedaqoq və musiqiçilərinin ifasında Qara Qarayevin kamera əsərləri, piano prelüdləri, skripka və fortepiano üçün sonatası, “Don Kixot” simfonik qravürlərinin violençel üçün transkripsiyaları, vokal əsərləri, baletlərindən parçalar səsləndirilib. Konsert proqramı Texas ştatının dövlət radiosunda səsləndirilib, musiqili proqram mətbuatda geniş işıqlandırılıb.

Bundan əlavə, yanvar ayında AAMF tərəfindən Amerika İctimai Mediası Radiosunun dünya orqan musiqisinə həsr olunmuş “Pipedreams” proqramında Cəmilə Cavadova-Spitsberqin Niderlandın Rotterdam şəhərindəki St. Laurens kilsəsində yazdırdığı “Qara Qarayev: orqan üçün köçürmələr” musiqi albomundan 13  dəqiqəlik (CD) çıxarışlar səsləndirilib. Proqramın baş icraçısı Michael Baron bəstəkarın bu əsərlərini əsrarəngiz sənət nümunələri kimi dəyərləndirib.

Qara Qarayevin 100 illiyi ilə bağlı layihələr ilə ərzində davam etdiriləcək. Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü ilə ABŞ-ın İndiana ştatının Karmel şəhərində keçirilən gənc pianoçular müsabiqəsinin tanınmış müasir bəstəkarlar bölməsinə Qara Qarayevin əsərləri də daxil edilib. Müsabiqə 27 iyun - 1 iyul tarixlərində baş tutacaq. Müsabiqədə Q.Qarayev əsərlərinin ən gözəl ifaçısı pul mükafatına layiq görüləcək.

Yubiley tədbirləri çərçivəsində AAMF tərəfindən Q.Qarayevin pianoçu Züleyxa Qarayeva-Bağırova tərəfindən redaktə olunmuş seçilmiş fortepiano əsərlərindən ibarət ilk albom işıq üzü görəcək. Bu alboma bəstəkarın 17 əsəri daxil ediləcək.

Qeyd edək ki, 2018-ci ilin yanvarında ABŞ-da təsis edilən Azərbaycan-Amerika Musiqi Fondu artıq rəsmi qeydiyyatından keçib. Fondun başlıca məqsədi Azərbaycan musiqisini və onun görkəmli nümayəndələrini ABŞ-da təbliğ etmək, iki ölkənin mədəni münasibətlərinin inkişafına töhfə verməkdir. Qurumun təsisçiləri hesab edirlər ki, musiqi sahəsində əməkdaşlıq etməklə iki ölkənin musiqisinin öyrənilməsi xalqlarımız arasında qarşılıqlı anlaşmanı daha da inkişaf etdirəcək. Təşkilat iki ölkə arasında qarşılıqlı münasibətlərin qurulması və körpülərin salınması üçün vasitə olaraq musiqidən və musiqi təhsilindən istifadə etməyi nəzərdə tutur. Fondun təsisçilərindən biri və icraçı direktoru Cəmilə Cavadova-Spitsberqə görə, qurum Azərbaycan musiqisini amerikalı dinləyiciyə təqdim etməklə yanaşı, Amerika musiqiçilərinin azərbaycanlı həmkarları ilə əlaqələr yaratmasına kömək edəcək.

Onun da bildirək ki, Azərbaycan-Amerika Musiqi Fondu dahi bəstəkarın 100 illik yubileyi münasibətilə 2018-ci ili “Qara Qarayev ili” elan edib. Fondun təşkilatçılığı ilə ABŞ-ın müxtəlif şəhərlərində Qara Qarayev irsinə həsr olunmuş tədbirlər və konsertlərin keçirilməsi nəzərdə tutulur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi