Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1748

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib

Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir.

Mədəniyyətin müxtəlif sahələrinə aid bu kurs və dərnəklərdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqi və rəqs sənətini təbliğ etməklə yanaşı, habelə Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir.

Təqdimat mərasimində Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı master klaslar iştirakçılara təqdim edildi.

Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və komputer kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirmişdir.

O, Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni – yeni uşaq – internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğuladı.

Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri  Oybek Babacanov  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd etdi.

Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlandı, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söylədilər.

Mərkəzin nəzdindəki komputer kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki komputer kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur.

Qeyd edək ki, Mədəniyyət Mərkəzi kurslarda istifadə olunan tədris vəsaitləri və əyani vasitələrlə  uşaq və yeniyetmələri təmin edir.

Artıq 5 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir ki, dərnəkdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri, Azərbaycan rəqs sənətinin sirlərini öyrənir. Artıq dərnəyin nəzdində “Azərbaycan qızları” və kişik yaşlı uşaqlardan ibarət “balaca fidanlar rəqs ansamblları fəaliyyət göstərir və onlar Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər. Ansamblın bədii rəhbəri Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Əliyevadır.

Qısa müddətdir ki, fəaliyyətə başlayan fortepiano dərnəyinin uşaqlarının çıxışı maraqla qarşılandı, bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu. 

Sonda kurs və dərnəklərdə xüsusi fəallıq göstərən müdavimlərə Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verildi və yeni tədris ilində kurslara və dərnəklərə qəbulla bağlı prioritetlər elan olundu.   

Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film iştirakçılara təqdim olunub. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyi, Göygöl Milli Parkı, Azərbaycan təbiətinin incisi olan Göygölün yaranması, buranın zəngin flora və faunası maraqla iştirakçıların böyük marağına səbəb olub. Layihənin təşəbbüskarı və rəhbəri
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur.

Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri üçün Azərbaycan milli mətbəxinə dair yeməklərə qonaq ediliblər.

 

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel