Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1124

Daşkənddə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konserti keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin “Turkiston” Respublika Sarayında möhtəşəm konsert proqramı təşkil olunub.

Konsert proqramı Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin əldə edilməsinin 27-ci ildönümünə həsr olunub.

Dostluq Konsertində Azərbaycan Respublikasının xalq artisti, vokalist Gülyanaq Məmmədova, əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev və Özbək tərəfindən beynəlxalq müsabiqələr laureatı, tanınmış müğənni Manzura Yuldaşova, “Nixol” dövlət mükafatı laureatları Gülasal Abdullayeva, “Özbək yoşları” musiqi qrupunun üzvü, tanınmış müğənni Omad Axmedcanov çıxış ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstambek Qurbanov açaraq,  xalqlarımızın əldə etdiyi müstəqillik, onun millətlər üçün verdiyi imkanlar, ötən illərdə dövlətlərimizin əldə etdiyi uğurlardan söhbət açıblar. Səfir Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə təşkil olunan dostluq konsertinin dostluğumuzun bir göstəricisi olduğunu qeyd edib və yüksək səviyyədə olan Azərbaycan-Özbəkistan münasibətləri barədə fikirlərini bölüşüb.

Komitə sədri  Rüstambek Qurbanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, Azərbaycan-Özbəkistan dostluğunun qədim tarixi haqqında məlumat verib. Xalqlarımızın eyni mədəniyyətə, dilə, adət-ənənələrə mənsubluğunu qeyd edən Komitə sədri, müstəqilliyimizin, dostluğumuzun əbədi olması və bu istiqamətdə daim geniş təbliğat aparılmasının vacib olduğunu vurğulayib.

Qeyd edək ki, dostluq konsertində dövlət nümayəndələri, səfirlər, diplomatlar, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.

Azərbaycan müğənniləri öz repertuarlarında milli və özbək musiqilərini ifa ediblər. Çıxışlar tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.

Xalq artisti Gülyanaq Məmmədovanın  tamaşaçılarla birgə ifası xüsusi anşlaqla qarşılanıb.

Tədbiri Özbək tərəfi yüksək qiymətləndirib, yerli mətbuatda geniş işıqlandırılıb.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel