Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1384

Daşkənddə Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun 85 illiyi qeyd edilib

Özbəkistanda Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai dına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Firudin Səfərovun 85 illiyi geniş qeyd edilib.

Bu məqsədlə Opera və Balet Teatrında təşkil olunan möhtəşəm yubiley tədbirində Özbəkistanın dövlət nümayəndələri, mədəniyyət, incəsənət sahəsində tanınmış simaları, Azərbaycan Səfirliyinin, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar fəal iştirak ediblər.

Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi Müqəddəs Axmedcanova və SSRİ Xalq artisti Yaqub Əhmədov Firudin Səfərovun həyat və yaradıcılığı haqqında danışaraq onun rejissor kimi 40 illik fəaliyyətinə nəzər salaraq Daşkənd teatrında ölməz əsərlər yaratdığını qey ediblər.

Firudin Səfərovu 85 illik yubileyi münasibətilə təbrik edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev onun yarım əsrdən çoxdur ki, istedadlı opera rejissoru kimi öz parlaq istedadı ilə Azərbaycan və özbək xalqlarına xidmət etdiyini bildirib. Səfir vurğulayıb ki, tanınmış rejissor öz istedadı ilə xalqlarımız arasında sarsılmaz körpü yaradıb. Diplomat deyib ki, Firudin Səfərov dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüyünü söyləyib.

Hüseyn Quliyev yubilyara səfirliyin fəxri fərmanı və “Qarabağ xanəndələri” albomumu təqdim edib.

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov F.Səfərovun rejissor kimi fəaliyyətindən danışıb, onun Özbəkistanda tanınmış azərbaycanlı kimi xüsusi xidmətlərini qeyd edib.

Sonra Firudin Səfərovun səhnələşdirdiyi Cüzeppe Verdinin “Aida” operası nümayiş etdirilib, tamaşa anşlaqla keçib.

Qeyd edək ki, Firudin Səfərov uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmış və bacarıqlı rejissor kimi çoxsaylı opera tamaşalarına quruluş vermişdir. Opera sənətimizə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu”, Vasif Adıgözəlovun “Natavan” operaları və başqa əsərlərlə silinməz izlər qoymuşdur.

Onun Özbəkistandakı fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilmiş, Özbəkistan Dövlət Konservatoriyasında sənətkar yüzlərlə peşəkar kadrların hazırlanması və onların sənət aləmində uğur qazanmasına daim dəstək olub.

 

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi