Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3589

Daşkənddə Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır

Bu il Özbək ədəbiyyatında dramaturgiyanın banisi sayılan, tərcüməçi, pedaqoq, tanınmış ədəbiyyat nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.

Bu məqsədlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu il bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycan və Özbək xalqının böyük oğlu Maqsud Şeyxzadəyə həsr olunmuş “İki xalqın qüruru” adlı sənədli film hazırlanır.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mətbuata bildirmişdir ki, hazırlanan sənədli filmin ərsəyə gətirilməsində əsas məqsəd Şeyxzadə irsinin təbliği, habelə xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsinə dəstək olmaqdır. S.Abbasov sənədli materialların, həm də bədii parçaların yer alacağı filmdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və Özbək xalqlarının ədəbiyyatına verdiyi töhvələr, yaratdığı ölməz əsərlərin öz əksini tapacağını vurğulayıb. 

Qeyd edib ki, “Özbək ədəbiyyatının “Şekspiri” adlandırılan Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafında əvəzsiz xidmətləri vardır. Dahi şair daim öz xatirələrində yazır ki, o, özünü xoşbəxt hesab edir, ona görə ki, iki xalqın şairidir. Şeyxzadə fəxrlə vurğalımışdır ki, yazdığım əsərlər özbək xalqının uğurlu sabahıdırsa və bu xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu olaraq bəxş etmək qisməti ona nəsib olmuşdur” və şair daim fəxrlə iki Vətəninin olduğunu söyləmişdir.

“Özbək xalqı, özbək torpağı onu öz övladı tək qəbul etmiş, sevmiş və şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat - elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş xalqın yüzilliklər boyu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur””.

Özbəkistanda tanınmış rejissor Eldar Mamedov tərəfindən hazırlanan filmdə bir sıra arxiv materiallarından istifadə edilir, habelə filmin yaradıcı heyəti Şeyxzadənin Vətəni Azərbaycanda, Bakıda olmuş, onun doğulduğu Ağdaş rayonuna səfər edərək bir sıra maraqlı məlumatlar, müsahibələr almışdır.

Qeyd edək ki, Şeyxzadə özbək  klassik  əbədiyyatının korifeylərindən biridir. O, yalnız  şeir,  poema,  pyes  və  məqalələrində   deyil,  bütün  yaradıcılığında  iki xalqın adından  cəsarətlə  danışmış, özbək   klassik  əbədiyyatını öyrənmiş,  tədqiq  etmiş,  özbək  əbədiyyatı tarixini,  ədəbiyyatşünaslıq  nəzəriyyəsini  təkmilləşdirmiş və onu yeni-yeni  elmi axtarışlarla  zənginləşdirmişdir. Maqsud Şeyxzadənin yaradıcılığında dramaturgiya zirvəyə ucalmışdır. O, Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənquberdi", hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlərə dair yaratdığı əsərləri, tarixi faciələrlə özbək dramaturgiyasının əsasını qoymuşdur. O, dünya şöhrətli özbək şairi Əlişer Nəvai irsini  tədqiq  edənlərdən  biri  olmuş və  onun "Seçilmiş  əsərləri"nin  bir kitabı  Nəvaiyə  həsr  edilmişdir».   

M.Şeyxzadə Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundov, A.S.Puşkin, M.Lermontov, V.Şekspir, İ.Höte, C. Bayron, Ş.Rustaveli və bir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib. 

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilmişdir ki, Maqsud Şeyxzadə haqqında hazırlanacaq filmin Özbəkistanda və Azərbaycanda geniş təqdimat mərasimləri keçiriləcək, nümayiş etdirilməsi məqsədi ilə  televiziya kanallarına göndəriləcəkdir.

Qeyd edək ki, Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi ilə əlaqədar  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin “Bir zamanlar”, “Bahar yağışı” adlı şeirləri Özbək və Azərbaycan dillərində yer almış, Mədəniyyət Mərkəzinin “Dostluq muzeyində” dahi şairə həsr olunmuş bölmənin yaradılması nəzərdə tutulur, habelə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində şairə həsr olunmuş yaradıcılıq gecəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb