Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1304

Daşkənddə özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadəyə həsr olunmuş elmi konfrans keçirilib

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə elmi konfrans keçirilib. Eyni zamanda mərkəzin layihəsi ilə Maqsud Şeyxzadə haqqında lentə alınan “İki xalqın iftixarı” adlı sənədli filmin və “Özbək şeir çələngi” adlı kitabın təqdimatı olub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistan Milli Elmlər Akademiyasının, Nəvai adına Ədəbiyyat İnstitutunun alimləri, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, yerli azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxıblar, sonra şairin əsərlərinin də yer aldığı “Özbək şeir çələngi” adlı kitab iştirakçılara təqdim olunub.

AMM-nin direktoru Samir Abbasov Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.

S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin geniş təbliğ edildiyini vurğulayıb və bu məsələnin daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqətində olduğunu söyləyib.

Özbəkistan Yazıçılar İttifaqının nümayəndəsi Risalət Xaydarova Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib. : “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

Daha sonra sənədli materialların, həm də bədii parçaların yer aldığı “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib. Filmin ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədovdur.

Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və özbək xalqlarının ədəbiyyatına verdiyi töhfələr, yaratdığı ölməz əsərləri haqqında danışılan filmdə bir sıra arxiv materiallarından istifadə edilib, ekran əsərində Azərbaycan və Özbəkistanın tanınmış elm, ədəbiyyat nümayəndələrinin müsahibələri də öz əksini tapıb.

Maqsud Şeyxzadə yaradıcılığının tədqiqatçısı akademik Naim Kərimov öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadə yaradıcılığına nəzər salıb, onun dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib.

Ədəbiyyatşünas alimlər-Nurbay Cabbarov, Atxambek Alimbekov, Baxadur Karimov, Abdulmurad Tilavov, tarixçi Şuxrat Salamov və başqaları öz məruzələrində Maqsud Şeyxzadəni yalnız şair və dramaturq kimi yox, həm də istedadlı alim kimi xarakterizə ediblər. Ədib özbək klassik ədəbiyyatını dərindən öyrənib, tədqiq edib, özbək ədəbiyyatı tarixini, ədəbiyyat nəzəriyyəsini təkmilləşdirib və yeni elmi axtarışlarla zənginləşdirib.

Məruzəçilər Maqsud Şeyxzadənin Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoyduğunu və onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Aleksandr Puşkin, Mixail Lermontov, Uilyam Şekspir, Corc Bayron, Şota Rustaveli və dünya klassiklərinin bir sıra digər əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulayıblar.

Onlar Maqsud Şeyxzadənin daim öz tarixi vətəni Azərbaycana bağlı olduğunu və Azərbaycan ədəbiyyatını qardaş Özbəkistanda geniş təbliğ etdiyini də qeyd ediblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi