Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
901

Daşkənddə professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib

Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Azərbaycan Xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən mərasimi universitetin rektoru, professor Abdujabbor Abduvaxidov açaraq Hafiz Paşayevin həyatı, diplomatik fəaliyyəti haqqında məlumat verib, özbək dilində çap olunan bu kitabın əhəmiyyətindən danışıb.

Rektor “Bir səfirin manifesti” kitabının həm gənc, həm də professional diplomatlar üçün dəyərli dərslik olacağına əminliyini ifadə edib.

Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadık Safoyev Özbəkistanda “Bir səfirin manifesti” kitabının çap edilməsi münasibətlə Hafiz Paşayevi təbrik edib, Amerika Birləşmiş Ştatlarında səfir kimi fəaliyyət göstərdiyi illərdə onunla dostluq əlaqələrindən danışıb.

S.Safoyev vurğulayıb ki, ixtisasca fizik olan Hafiz Paşayev Bakıda dünya standartlarına uyğun ADA Universiteti yaradıb və uğurla rəhbərlik edir. Bu onu göstərir ki, o həm alim, uğurlu diplomat, həm də müəllim keyfiyyətlərinə malikdir. ADA Universitetində dünyanın müxtəlif ölkələrindən gələn gənclər təhsil alır.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Hafiz Paşayevin diplomatik xidməti haqqında söhbət açıb. Deyilib ki, H.Paşayev ABŞ-da səfir işlədiyi dövrdə Azərbaycan həqiqətlərinin yayılması və təbliği sahəsində böyük işlər görüb, Bu gün ABŞ-ın 20 ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb və bu işdə H.Paşayevin əməyi danılmazdır. Səfir çıxışında dünyanın 16 ölkəsinin Xocalı faciəsini soyqırımı olaraq tanıması və bu göstəricinin də Azərbaycan diplomatiyasının uğuru olduğunu qeyd edib.

Hafiz Paşayev kitabın çapında dəstəyə görə təşəkkürünü bildirib, əsərin yaranması haqqında məlumat verib. O ABŞ-da səfir kimi fəaliyyəti, ADA Universitetinin yaradılması və fəaliyyəti haqqında söhbət açıb. Diplomat bildirib ki, universitetdə dörd istiqamət üzrə kadrlar hazırlanır. Vurğulanıb ki, hazırda universitetdə 2500 tələbə təhsil alır, məzunların 80 faizi işlə təmin olunur. H.Paşayev deyib: “Biz nə ediriksə ölkəmizin sabahı üçün edirik, Azərbaycanın gələcəyi üçün edirik”.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyətinə dair son 6 ildə özbək dilində çap etdirdiyi 60 adda kitabdan ibarət kolleksiyanı universitetin kitabxanasına bağışlayıb.

XƏBƏRLƏR

31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib