Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
435

Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb

Daşkənddəki “Məhəllə” televiziya kanalının “Xalqlar və mədəniyyətlər” adlı verilişi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə (AMM) həsr olunub. Verilişdə ölkəmizin zəngin mədəniyyətinə, incəsənətinə, mətbəxinə və adət-ənənələrinə geniş yer verilib.

Dünya xalqlarının tarixi və mədəniyyəti seriyasından hazırlanan verilişdə AMM-nin direktoru Samir Abbasov mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə ölkəmizin son illərdə əldə etdiyi uğurlar haqqında məlumat verib.

Verilişdə “Azərbaycan dövlətçiliyi tarixi” muzeyi, ölkəmizin tarixini ən qədim dövrdən müasir dövrə qədər əhatə edən eksponatlar, xəritələr, tarixi abidələrin maketləri, milli musiqi alətlərimız haqqında geniş məlumatlar da öz əksini tapıb.

Proqramda xalça sənətinə xüsusi yer verilib. Belə ki, mərkəzin “Odlar yurdunun naxışları” adlı xalça muzeyində sərgilənən qədim Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s. xalçaları haqqında geniş məlumat verilib. Qeyd olunub ki, xalçaçılıq Azərbaycanda firavanlıq simvolu və ən qədim sənət sahələrindən biridir.

Verilişdə Azərbaycan milli rəqs sənəti haqqında geniş söhbət açılıb, onların yaranmasının, formalaşmasının uzun əsrlərboyu davam etdiyi qeyd olunub, mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının ifasında “Uzundərə”, “Mirzəyi”, “Xançobanı”, “Nəlbəki” və s. milli rəqslərimiz nümayiş etdirilib. Azərbaycanın Əməkdar artisti Kökəb Əliyeva milli rəqslərimiz haqqında danışıb.

Proqramda Mədəniyyət Mərkəzinin foyesində yaradılan “Azərbaycan milli libasları” stendi də göstərilib, xalqımızın geyim mədəniyyəti haqqında məlumat verilib.

Mərkəzin əməkdaşı Salama Fətəliyeva Azərbaycan xalqının adət-ənənələri, Novruz bayramı zamanı icra edilən ayinlər, bayram süfrəsinin hazırlanması, Azərbaycanda keçirilən toy şənlikləri zamanı icra olunan qədim və zəngin adətlər barədə geniş məlumat verib.

Verilişdə Azərbaycan xalqının çay mədəniyyətinə, çay dəstgahına xüsusi bölmə ayrılıb. Azərbaycanda illər boyu özünəməxsus çay mədəniyyətinin formalaşdığını qeyd edən aparıcı Mədəniyyət Mərkəzində hazırlanan çay süfrəsini nümayiş etdirib.

Azərbaycan çayının dəmlənməsi qaydaları, armudu stəkanlara süzülən çayın qonaqlara müxtəlif şirniyyat və mürəbbələrlə təqdim edilməsi nümayiş olunub.

Milli mədəniyyətimizin ayrılmaz hissəsi olan mətbəx mədəniyyəti, onun tarixi, adətləri, süfrə psixologiyası ekran işində xüsusi yer tutub.

Azərbaycan milli mətbəxinin ən qədim, zəngin, dadlı mətbəxlərdən biri olduğunu qeyd edən müəllif mətbəximizə aid 2 mindən çox xörək növünün olduğunu bildirib.

Mərkəzin mətbəxində milli yemək növlərindən danışılıb, ən çox sevilən, bayramlarda, şənliklərdə, gündəlik həyatda tez-tez hazırlanan yarpaq dolmasının bişirilmə texnologiyası göstərilib.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı