Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda dekorativ-tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların əl işlərinin sərgisinə artıq start verilib. 7 iyun 2018-ci il tarixində Xaçmaz Dövlət Rəsm Qalereyasında Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru, dekorativ toxuma ustası Könül Əsgərovanın əl işlərindən ibarət sərgi təşkil edildi. Tədbiri giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev öz çıxışında bildirdi ki, belə sərgilərin keçirilməsində əsas məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir. İdarə rəisi regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını və gələcəkdə sənətkarların əl işlərinin satışı məqsədilə sərgi-satış mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu da xüsusi vurğuladı.
Daha sonra çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçsının müavini Samir Nemətov belə sərgilərin keçirilməsinin əhəmiyyətindən və sənətkarların fəaliyyətinə xüsusi təkan verəciyini açıqladı, Könül xanıma gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonda Könül Əsgərovaya Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı və hədiyyə təqdim edildi, sərgiyə baxış keçirildi.