26.11.2018 03:22
30 noyabr 2018-ci il tarixində saat 16.00-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professor, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violin ifaçıları ansamblının konserti keçiriləcək.“Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin rəğbətini qazanmışdır.
Qeyd edək ki, konsertin proqramına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
Ünvan: Muzey mərkəzi, II mərtəbə. Neftçilər prospekti, 49.