Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1972

“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində keçirildi

19 dekabr 2018 saat 16:00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində keçirildi.

Tədbiri giriş sözü ilə açan Fəlsəfə və Elmlər Namizədi Sənətşünas Samir Sadiqov açaraq sərginin əhəmiyyətindən danışdı və uşaqlara xoş arzularını dilədi. Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Professor Ağaəli İbrahimov, Sənətşünas Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərindəki Daimi Nümayəndəliyi Azər Rəhimov, Rəssam Həsən Həsənov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər. 12 yaşa qədər 165 uşağın 170 işi təqdim olunan tədbirdə uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədə uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirmişlər.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olundu. Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Gəncə, Sumqayıt, Qax, Mingeçevir, Masallı, Göyçay, Lənkəran, Goranboy, Quba, Sabunçu, Salyan, Şəki, Balakən bölgələrin məktəbliləri, o cümlədən 1 Nömrəlı UGİM Təsviri Sənət Qalereyası, 3 Nömrəli UİM, 4 Nömrəli UİM, 5 Nömrəlı UİM, AN Tədris Mərkəzi, Art School By Rufane, Avropa Azərbaycan Məktəbi, Bileyen Tədris Mərkəzi, Ceyranbatan UİM, Gəncə şəhər UİM, Goranboy şəhər UİM,

Göyərçın Rəsm Kursları, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm kursu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, İncilər Tədris Mərkəzi, Kövsər Tədris Mərkəzi, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Mələk Art Studiya, Mingəçevir şəhər UGİM, Modern English

Tədris Mərkəzi, Nigart Studiya, Nizami Gəncəvi adına Kitabxana Kulubu, Nur Art Studiya Pozitiv Kids Studio, Qax Rayon UGİM , Qax şəhər Heydər Əliyev Mərkəzi rəsm Kursu Quba UGİM, Respublika UGİM, Salyan Rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhər UİM, Solnişko Mərkəzi, Sumqayıt şəhər Ə. Bakıxanov Adına UİM, Vəfa Art Studiya, Xətai Rayon Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi, Zığ Qəsəbəsi Mədəniyyət Evinin Rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib