Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4371

“Doğma Diyar” respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai  Sənət  Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında  “Doğma Diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur.

Müsabiqənin yekun sərgisi 26 dekabr 2017-ci il saat 16:00-da  Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Müsabiqənin  keçirilməsində  məqsəd - ətraf  mühitin  mühafizəsi, vətənə  məhəbbət  hissinin  aşılanması, milli  adət-ənənələrin  təbliği,  estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin,  obrazlı  düşüncə  tərzinin  inkişaf etdirilməsi,  istedadlı  uşaq  və  gənclərin  üzə çıxarılmasından ibarətdir.

Müsabiqədə  15 yaşa  qədər uşaq və yeniyetmələr doğma diyarımızı tərənnüm edən mövzular üzrə  hərəyə 3  əsərilə  iştirak  etmişlər.  Müsabiqədə  800-ə yaxın uşaq,  1700-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə II tura keçmiş 150-yə uşağın 160 işinin sərgidə nümayişi nəzərdə tutulur. Sərgidə I, II, III yerlərin qaliblərinə və fərqlənən iştirakçılara həvəsləndirici mükafat və ilk dəfə olaraq müstəsna hal kimi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təsis etdiyi QRAN PRİ Mükafatının xüsusi Fərqlənmə diplomu və mükafatı təqdim olunacaqdır.

Müsabiqədə Xırdalan, Xətai, Səbail, Masallı, Suraxanı, Gəncə, Sabunçu, Günəşli, Lənkəran, Şirvan, Balakən, Yasamal, Ağstafa, Xaçmaz, Şəki, Quba,Hacıqabul, Binəqədi, Sumqayıt,Samux,Qax, Cəlilabad, Bərdə, Mingəçevir bölgələrin məktəbliləri, o cümlədən, 1 nömrəli UGİM, 4 nömrəli UGİM, Abşeron rayon UGİM,Ağstafa rayon UGİM, Altemo tədris mərkəzi,AMK tərkibində İncəsənət Gimnaziyası, Art House Baku, Avropa Azərbaycan Məktəbi, Bakı Avropa liseyi, Balakən şəhər UİM, Buzovna qəsəbəsi 4 nomrəli UİM, Cahan Art Studiya, Elif  Tədris Mərkəzi, Əsra Tədris Mərkəzi, For you  yaradıcılıq mərkəzi, Free children tədris mərkəzi, Gəncə şəhər 24 nömrəli tam orta məktəb, Gəncə şəhər UGİM, Gəncə Şəhər UİM, Goranboy  rayon UGİM,  Gun Art Studiya, Gunxanart studiya, Hacıqabul rayon  UGİM, Xaçmaz rayon UGİM, «Xətai» Uşaq Rəsm Yaradıcılıq Studiyası, Xırdalan şəhər “Uğur təhsil mərkəzi”,Xırdalan Şəhər Mədəniyyət mərkəzi, Xocalı rayon UGİM, Qızıl fırça rəssamlıq kursu, Qax rayon UGİM, Quba UGİM, Laçın rayonu UGİM, Laləm art studiya,Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı Onbirillik incəsənət məktəbi, Masallı şəhər UGİM-nin rəsm dərnəyi, Meridian tədris mərkəzi, Mingəçevir şəhər UGİM, Moonlight_art_house, Nar Art Studiya, Nizami rayonunda 2-ci Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlıq dərnəyi, Nur art studiya, Oğuz rayon Ümumtəhsil məktəbləri, Pozitiv Kids Studio, Sədət Art Gallery, Smart&Happy psixoloji mərkəzi, Şəki şəhər UİM, Şəki UGİM, Şirvan İstək Liseyi, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq sarayı, Vusala’s school, Zəngin Tədris Mərkəzi,Zığ qəsəbə mədəniyyət evinin rəssamlıq kursu, Zaqatala rayonu UGİM və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib