Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3061

Dövlət Pantomima Teatrının 25 illiyi təntənəli şəkildə qeyd olunub

Mayın 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Taetrında reallaşan tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 25 illik fəaliyyətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sənət ocağının keçdiyi yola nəzər salıb. Nazir 25 il ərzində teatrın yaradıcı heyətinin gördüyü işlərdən söz açaraq, hər zaman sənət ocağının səhnəsində müasir və aktual əhəmiyyət kəsb edən mövzulara müraciət olunduğunu deyib. Pantomima Teatrının yaradılmasının müstəqilik illərimizə təsadüf etdiyini qeyd edən nazir, teatrın istedadlı insanlar tərəfindən təsis olunduğunu bildirib.

“Bu gün də sənət ocağının yaradıcı kollektivi öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Xarici ölkələrdə ölkəmizin mədəniyyət günlərinin keçirilməsi zamanı teatrın yaradıcı heyəti hər zaman layiqli töhfələr verib. Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil edib. Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən teatra, mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı göstərilir. Dövlətimizin başçısı tərifindən imzalanan sərəncamlar bunu əyani sübut edir. Biz bu yaxınlarda Azərbaycan teatrlarının inkişafı üçün nəzərdə tutlun dövlət proqramını tamamalamışıq. Yola saldığımız son on ildə bu istiqamətdə qarşıda duran problemləri kifayət qədər adlamışıq və çoxsaylı məsələləri icra etmişik. Lakin bu problemlər qurtaran deyil. Teatr sanki canlı bədəndir, onun ağrıyan yeri də olur, sevinən ürəyi də. Deyərdim ki, Pantomima Teatrı ürəkdə olan sevinclə yaşayır. Zamanla biz bütün problemlərimizi həll edəcəyik, teatrlarımız daha da sürətli inkişaf dövrünü yaşayacaq. Mən Pantomima Teatrının yaradıcı kollektivinə uğurlar arzulayıram, hər birini bu gün münasibətilə təbrik edirəm”, - deyə Əbülfəs Qarayev vurğulayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov teatrda çalışan aktyorlarının fəaliyyətindən, sənət ocağının bu günədək sərf etdiyi yorulmaz əməkdən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edilib ki, 25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişib. 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib. Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindən hesab olunur. Teatra yeni yaradıcılıq uğurları arzulayan H. İsmayılov, kollektivi təbrik edib.

Sonra tamaşaçılar Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Sehrli xalat” tamaşasını izləyiblər. Tamaşanın zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb