Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
991

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

XVIII əsrin böyük Azərbaycan şairi, siyasi və ictimai xadim  Molla   Pənah  Vaqifin  bu il  anadan   olmasının  300 illiyi tamam olur. Vaqif yaradıcılığı ilə Azərbaycan şеiri tarixində yeni bir dövr başlanıb. Realist şеirin ilk nümunələri Molla Pənahın adı ilə bağlıdır. O, Azərbaycan ədəbiyyatında həm yaşadığı dövrün reallıqlarını açıb göstərən şair kimi,  həm də məhəbbət və  gözəllik tərənnümçüsü kimi şöhrət qazanmışdır. Şair həm də Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi sarayda xidmət göstərmişdir.

Odur ki, Vaqifin təkcə yaradıcılığı deyil, bir tarixi şəxsiyyət kimi də keçdiyi yol  xalqımız üçün həmişə maraq kəsb edib. Elə on illərlə teatrlarımızın səhnəsindən düşməyən “Vaqif” dramı da, “Vaqif” operası da təsadüfi yaranmayıb. Vaqif irsi daima öyrənilib və sevilərək təbliğ olunub. Əsrlər keçsə də, onun şeirləri, qəzəlləri bu günə qədər  dillər əzbəridir. Bu böyük şəxsiyyətin yaradıcılığı bu gün yalnız sadə xalqın deyil, dövlətimizin də diqqət mərkəzindədir.

Bildiyiniz  kimi,  Azərbaycan   Respublikasının   Prezidenti   cənab   İlham  Əliyevin  12 yanvar 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq,  M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.  UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na M.P.Vaqifin  adının da  daxil edilməsi bu qüdrətli söz ustasına verilən yüksək dəyərin göstəricisidir. TÜRKSOY təşkilatına  üzv dövlətlərdə  cari  ilin   “Molla Pənah Vaqif ili”  elan olunması da buna parlaq misaldır. Ölkəmizin hər bir guşəsində də Vaqifin anadan olmasının 300 illiyi ilə bağlı silsilə  tədbirlər  keçirilir.

Cəfər  Cabbarlı  adına  Azərbaycan  Dövlət  Teatr  Muzeyində 18 oktyabr 2017-ci il  tarixində  saat  14:00  da  keçiriləcək  “Üç əsr keçsə də...” adlı bədii-musiqili  gecə  həmin silsilə tədbirlər sırasındadır. Gecədə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aşıqlardan ibarət saz havaları səslənəcək, Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müəllimi, bədii qiraət ustası Məleykə Məmmədova  şairin qəzəl və qoşmalarından nümunələr söyləyəcək.

Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri tərəfindən Xalq şairi S.Vurğunun “Vaqif” dramından səhnəcik göstəriləcək, şeirlər səslənəcək, vokal sinfinin trio ansamblının müşayiəti  ilə “Qarabağ şikəstəsi” ifa olunacaq  və “Vaqif” dramının səhnə təcəssümünü əks etdirən video-çarx nümayiş etdiriləcəkdir.

Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri  tədbirdə  iştirak edəcəklər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi