20.05.2019 10:24
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə reallaşan konsertin solisti tarzən Mirzəli Əlizadə olub. Konsert çərçivəsində orkestr dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edib.
Qeyd edək ki, Dövlət Xalq Çalğı Alətləri Orkestri mütəmadi olaraq Filarmoniyada konsert proqramı ilə çıxış edir.