Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1787

Dövlət Xidmətinin rəisi “Əli və Nino” romanının müəllifi Məhəmməd Əsəd bəyin məzarını ziyarət edib

Noyabrın 14-dən 18-dək İtaliyanın Paestum şəhərində XXI “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda iştirak edən Mədəniyyət Nazirliyinin nümayəndə heyəti “Əli və Nino” romanının müəllifi hesab olunan Məhəmməd Əsəd bəyin (Qurban Səidin) məzarını ziyarət ediblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və nümayəndə heyətinin digər üzvlüləri İtaliyanın Pozitano şəhərində yerləşən məzara baş çəkiblər.

Qeyd edək ki, Məhəmməd Əsəd bəy 1905-ci ildə anadan olub. 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğal edənə qədər ailəsi ilə birgə Bakıda yaşayıb. Bir müddət Almaniya və Avstriyada məskunlaşıb, daha sonra İtaliyaya köçüb. O, 1942-ci ildə İtaliyanın Pozitano şəhərində vəfat edib. Məzarın olduğu yer isə 2017-ci ildə Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən müəyyən olunub.

Qurban Səid təxəllüsü ilə əsərlər yazan Məhəmməd Əsəd bəy bizə daha çox “Əli və Nino” roman ilə tanışdır. “Əli və Nino” roman 1937-ci ildə ilk nəşrindən sonra qısa müddət ərzində Avropada populyarlıq qazanıb, 70-ci illərdə isə Amerika oxucuları bu əsərlə tanış olub. Romana marağın yenidən artması isə Azərbaycanın müstəqilliyə qovuşduğu illərə təsadüf edir. İndiyədək roman 30-dan çox dilə tərcümə olunub. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbərliyi və icraçı direktorluğu və “BAFTA” mükafatı sahibi Asif Kapadianın rejissorluğu ilə “Əli və Nino” romanına eyniadlı bədii film çəkilib.

 

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib