Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
870

Şəki Dövlət Dram Teatrı yeni mövsümü “Xəstəlik xəstəsi və ya yaşasın teatr” tamaşası ilə açıb

Şəki Dövlət Dram Teatrı sentyabrın 17-də, 140-cı yubiley mövsümünün açılış günündə teatrsevərlərə J.Molyerin və M.Bulqakovun “Xəstəlik xəstəsi və ya yaşasın teatr” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşa uzun illər Şəki teatrında işləmiş mərhum rejissor, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin 70 illik yubileyinə ithaf olunub.

Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

Bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur. Bu münasibətlə Şəki Dövlət Dram Teatrında təntənəli yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni mövsümdə teatrın səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Sevil” pyesinin və “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsərinin tamaşaya qoyulması planlaşdırılır.

XƏBƏRLƏR

20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib