Şəki Regional Mədəniyyət İdarəsi ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunmuş anım günü keçirmişdir
2146
12.12.2018
12.12.2018 12:49
Şəki Regional Mədəniyyət İdarəsi
ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar anım günü keçirmişdir.Şəki Regional Mədəniyyət İdarəsini əhatə edən Şəki, Zaqatala, Balakən, Oğuz, Qax şəhər və rayon Heydər Əliyev Mərkəzlərində, Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində, Mədəniyyət Mərkəzində və Şəki Dövlət Rəsm Qalereyasında böyük hörmət və ehtiramla yad edilərək tədbirlər keçirilmişdir.
Tədbirlərdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyəti haqqında çıxışlar edilmiş, Heydər Əliyevin mədəniyyət və incəsənət ustaları və sadə əmək insanları ilə görüşlərindən bəhs edən video-çarxlar nümayiş etdirilmiş, dahi şəxsiyyətə ithaf olunan mahnılar ifa olunmuş, şeirlər səsləndirilmişdir.