Şəki Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilmişdir
Şəki Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində - Balakən rayon Heydər Əliyev Mərkəzində, Balakən rayon MKS-nin Qazbinə kənd kitabxana filialında, Oğuz rayon mərkəzi kitabxanasında, Oğuz rayon Kərimli kənd kitabxanasında, Şəki Dövlət Rəsm Qalereyasında, R.B.Əfəndiyevin və S.Rəhmanın ev muzeylərində, Şəki Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeylərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər və rəsm sərgiləri təşkil olunmuşdur.
Tədbirlərdə Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda şəhid olmuş oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qanlı Yanvar - Müstəqilliyə gedən şərəf və qəhramanlıq yolu”, “O qanlı gecədə uşaqlara da aman verilmədi”, “20 Yanvar - Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” adlı mühazirələr dinlənildi.
Tədbirlər zamanı “Qanlı və şanlı tariximiz” adlı kompozisiya, məktəb şagirdlərinin çəkdikləri rəsmlərindən ibarət “Ana Harayı”, “20 Yanvar”, “Qanlı 20 Yanvar”, “20 Yanvar”, “20 Yanvar Qəhrəmanları” sərgi və “Qanlı Yanvar” filmləri nümayiş olunmuşdur.